Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, rayon sakini Nadim Nadir oğlu Qürbətov həmrəylisi 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb.
Məlumata görə, N.Qürbətov Agcabədi Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşıdır.
Qeyd edək ki, N.Qürbətovun atası Nadir Qürbətov 82 saylı Ağcabədi dairə seçki komissiyasının (DSK) sədridir.
*** 08:23
Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, rayon ərazisində iki gənc oğlan arasında baş verən mübahisə onlardan birinin bıçaqlanması ilə nəticələnib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Ağır bıçaq xəsarəti alan gənc xəstəxanaya çatdırılıb. Gənc oğlanın üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb və həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.
Yaralanan şəxsin dairə seçki komissiyasının sədrinin oğlu olduğu bildirlir. Hadisə törədən şəxs qaçıb. Onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində Ağcabədi RPŞ-nın əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.