Ağcabədidə məcburi köçkündən odlu silah aşkar edilib

Ağcabədi. 10 yanvar. REPORT.AZ/ Ağcabədi rayonunda məcburi köçkündən odlu silah aşkar edilib.

"Report"un yerli bürosu xəbər verir ki, Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Ağcabədi rayonunda müvəqqəti məskunlaşan Surxay Həsənovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Lacın Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48