Ağcabədidə kişi bıçaqlanıb, qonşusu şübhəli bilinir

Ağcabədidə kişi bıçaqlanıb, qonşusu şübhəli bilinir.

“Report”un xəbərinə görə, hadisə avqustun 20-də Ağcabədi şəhəri, H.Aslanov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini Namiq Kazımovla qonşusu Ramil Hüseynov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə N.Kazımov qonşusunun qarın nahiyəsinə bıçaqla bir zərbə endirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14