Ağcabədidə kafe yanıb

Bakı. 20 iyul. REPORT.AZ/ Ağcabədi şəhərində yanğın hadisəsi baş verib. 

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi səhəsi 66 kv.m olan birmərtəbəli 2 otaqlı kafenin 1 otağın yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41