Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Gələbədini kəndindən keçən hissəsində qeydə alınıb.
Kənd sakinləri - Ələsgər Ələsgərov və Allahyar Həsənov sürünü avtomobil yolundan qarşı tərəfə keçirmək istəyərkən yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı minik avtomobili qoyun sürüsünə girib. Nəticədə 10-dan çox xırdabuynuzlu tələf olub, 11-i isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.