Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb

Ağcabədi rayonu ərazisində baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Belə ki, "Hyundai" və "VAZ - 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ - 2107" markalı nəqliyyat vasitəsində olan Ağcabədi rayonu Poladlı kənd sakinləri 1966-cı il təvəllüdlü Cəfərov Novruz və onun kiçik qardaşı 1970-ci il təvəllüdlü Cəfərov Tələt İsfəndiyar oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36