Ağcabədidə 92 yaşlı qadın dəm qazından boğularaq ölüb

Ağcabədidə dəm qazından zəhərlənən 92 yaşlı qadın ölüb.

"Report" xəbər verir ki, Arazbar kənd sakinləri 1932-ci il təvəllüdlü Soltanova Gövhər Abduləli qızı və 1995-ci il təvəllüdlü Soltanov Mirismət Xudaverdi oğlu yaşadıqları evdə dəm qazından zəhərlənib.

Nəticədə Gövhər Soltanova zəhərlənmə nəticəsində ölüb, Mirismət Soltanova xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19