Ağcabədidə 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb

Ağcabədi rayonunda 7 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 2015-ci il təvəllüdlü Quliyev Bəylər Mətləb oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47