Ağcabədidə 58 yaşlı kişi itkin düşüb - FOTOLAR

Ağcabədi. 13 Fevral. REPORT.AZ/ Ağcabədi rayonunda 58 yaşlı kişi itkin düşüb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumatın görə, hadisə yanvarın 25-də rayonun Boyat kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Bəhram Qurban oğlu Qurbanlı yaşadığı ünvandan çıxaraq Bakı şəhəri istiqamətinə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağcabədi rayon Polis şöbəsinə müraciət edilib, araşdırmalar aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54