Ağcabədi sakini bıçaqlanıb

Ağcabədi. 30 noyabr. REPORT.AZ/ Ağcabədi rayon sakini Nüsrət Aslanov Bakıda bıçaqlanıb. 

"Report"un Qərb bürosu xəbər verir ki, Ağcabədi rayon sakini Nüsrət Aslanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Nemət Alcanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər