Aeroport yolunda minik avtomobili marşrut avtobusuna çırpılıb

Bakı. 8 iyul. REPORT.AZ / Bakıda ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, hava limanına gedən yolda hərəkət edən "Chevrolet Niva" markalı minik maşını Bakı qəsəbələrindən birinə gedən marşrut avtobusuna çırpılıb.  

Qəza nəticəsində minik avtomobili yararsız hala düşüb, yaralananlar var.

Yol polisindən bildirilib ki, hazırda yaralıların kimliyi dəqiqləşdirilir. Hadisənin baş vermə səbəbi araşdırılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47