Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu dəqiqələrdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Report-a verilən məlumata görə, hadisə qəsəbə ərazisində yerləşən "Dəniz" marketin yanındakı kafedə baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.