Abşeronda 27 yaşlı gənc bıçaqlanıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Mübahisə zəminində bıçaqlanan 1994-cü il təvəllüdlü Səfərov Əlixan Mürsəl oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qarnın ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər