​Abşeronda yük maşını, Masallıda aptek yanıb

Bakı. 19 fevral. REPORT.AZ/ Abşeron rayonu və Masallı şəhərində yanğın hadisələri baş verib.

"Report" xəbər verir ki, ilk yanğın 17:00 radələrində Abşeronun Qobu qəsəbəsində qeydə alınıb.

Burada vətəndaşa məxsus “Howo” markalı yük avtomobilinin təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Saat 21:00 radələrində isə Masallıda vətəndaşa məxsus aptek və içərisində olan dərman peraparatları qismən yanıb. Aptekin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Qaradağda yük maşını aşıb 17 avqust, 2026 / 10:20