Abşeronda yolun keçmək istəyən qadını avtomobil vurub

Bakı. 1 iyun. REPORT.AZ/ Bakı-Quba yolunun Abşeron rayonundan keçən hissəsində piyadanın vurulması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report" xəbər verir ki, Masazır qəsəbəsində yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Əsədova Şəhrəbanu Abbas qızını avtomobil vurub.

O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47