Abşeronda yolu keçən 39 yaşlı kişini avtomobil vurub

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Nağıyev Ramil Valeh oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ incik və kürək sümüyünün sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47