Abşeronda yol qəzasında bir nəfər ağır xəsarət aldı

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Caniyev Rafiq Abdulrəhim oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ sirkə kasasının sınığı və qabırğaların yerdəyişən sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57