Abşeronda yol qəzası oldu, xəsarət alanlar var - YENİLƏNİB

Abşeron rayonunun Novxanı qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yralanan şəxslərin adları məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə nəticəsində 1994-cü il təvəllüdlü Məmmədli Sübhan Fuad oğlu, 2001-ci il təvəllüdlü Kişiyev İlham Fariz oğlu və 1996-cı il təvəllüdlü Şıxəliyev Yunis Azər oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə alınıblar. S.Məmmədliyə və Y.Şıxəliyevə burun sümüyünün, İ.Kişiyevə isə sol mil sümüyünün sınığı diaqnozları qoyulub.


*** 20:19

Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. 

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. adisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14