Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"unSumqayıt- Abşeron bürosunun məlumatına görə, hadisə Məhəmmədi kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 1959-cu il təvəllüdlü Vəliyeva Xırdaxanım Şamil qızı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.