Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə Məhəmmədi kəndində qeydə alınıb.
Hadisə zamanı ikisi qadın, biri kişi, biri isə uşaq olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.