Abşeronda yaşayış evində yanğın olub

Abşeron rayonunda yaşayış evində yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Görədil kəndində ümumi sahəsi 510 m² olan üçmərtəbəli mansar tipli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37