Abşeronda taksi ilə vurulan 60 yaşlı kişi xəstəxanada ölüb - YENİLƏNİB

Abşeron rayonunda “Mercedes” markalı avtomobillə vurulan piyada yerləşdirildiyi 1 saylı Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.

“Report” xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Artıq sürücü polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 


*** 20.10.2019

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xırdalan-Binəqədi yolunda baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Müayinə zamanı ona ağır kəllə-beyin travması diaqnozu qoyulub.

Sürücü polis tərəfindən saxlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47