Abşeronda sürücü qəza törədərək xəsarət alıb

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalanda qeydə alınıb.

Belə ki, sürücü, 26 yaşlı Nəbiyev Racib Nəriman oğlu idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və başın təpə nahiyəsinin əziyi diaqnozları qoyulub.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45