Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Şükürov Firuz Famil oğlu avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb. Hadisə zamanı sürücü xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sifətin əzilmiş yarası diaqnozu qoyulub.