Abşeronda sərnişin avtobusu minik avtomobili ilə toqquşub

Abşeron. 14 oktyabr. REPORT.AZ/ Abşeronda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində, "AAF" park-yaşayış kompleksinin qarşısında baş verib.

Belə ki, 523 nomrəli, 50-AE-485 dövlət seriya nişanlı sərnişin avtobusu "BYD" markalı, 99 AK 223 dövlət seriya nişanlı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Fakt araşdırılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47