Abşeronda qonşu qonşusunu bıçaqlayıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Abşeron rayon Goradil bağlarında qeydə alınıb.

1988-ci il təvəllüdlü Lətifov Rövşən Ziyad oğlu yaşadığı ünvanda qonşusu tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat olunub. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26