Abşeronda orta yaşlı kişi bıçaqlanıb

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi olub.

"Report"un yerli bürosu xəbər verir ki, 1981-ci il təvəllüdlü Həsənov Azər Tofiq oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qarın nahiyəsinin küt travması, sol baldırın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48