Abşeronda motosiklet sürücüsü qəza törədib.
"Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü sürücü Osman Məhərrəmov motosikletə idarəetməni itirərək qəza törədib. Nəticədə o, xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.