Abşeron rayonunda körpə qaynar sudan yanıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində baş verib.
Belə ki, 2018-ci il təvəllüdlü Amil Hamlet oğlu Əsgərov yaşadığı Cəfər Cabbarlı küçəsi, ev 11 ünvanında qaynar sudan yanıb. Xəstəxanaya çatdırılan azyaşlıya 1-ci və 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.