Abşeronda kişi həyat yoldaşını bıçaqlayıb

Abşeron rayonunun Fatmayı qəsəbəsində ailə-məişət zəmnində bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü Atababayeva Səbinə Ağasəf qızı həyat yoldaşı tərəfindən çoxsaylı bıçaq zərbələrinə məruz qalıb.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub və yaralı əməliyyat olunub. 

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25