Abşeronda kişi beşbarmaqla döyülüb

Abşeron rayonunun Digah kəndində döyülmə hadisəsi olub.

"Report"xəbər verir ki, 1977-ci il təvəllüdlü Salahov Qismət Xanlar oğlu naməlum şəxslər tərəfindən beşbarmaqla döyülüb.

Ona sifətinin yumşaq toxumalarının əzilməsi yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Digər xəbərlər