Abşeronda iki bacını maşın vurub

Abşeron. 9 dekabr. REPORT.AZ/ Abşeron rayonunda 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Saray qəsəbəsində 1962-ci il təvəllüdlü Abşeron sakinləri - Bağırova Fatimə Abı qızı və 1968-ci il təvəllüdlü Şiriyeva Elza Abı qızı yolu qarşı tərəfə keçərkən onları maşın vurub.

Yaralı bacılar yaxınlıqda olan insanlar tərəfindən xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəkidə altı gün əvvəl avtomobilin vurduğu piyada Bakıda müalicə aldığı xəstəxanada ölüb.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48