​Abşeronda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb

Bakı. 7 dekabr. REPORT.AZ/ Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda iki "VAZ" markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərdən birinin sürücüsü 1948-ci il təvəllüdlü Rəsulov Fikrət Rəsul oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər F.Rəsulovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54