Abşeronda gənc oğlan özünü körpüdən atıb

Bakı. 7 iyun. REPORT.AZ/ Abşeronda gənc oğlan intihara cəhd edib.

"Report"un xəbərinə görə, hadisə Bakı-Sumqayıt şosesində baş verib.

2001-ci il təvəllüdlü Bəxtiyarlı Şahlar Özbəy oğlu özünü Xırdalan şəhəri ərazisində yerləşən körpüdən yerə atıb. 

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17