Abşeronda gənc oğlan ayağından bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Evlərinin yanında naməlum şəraitdə bıçaqlanan 1995-ci il təvəllüdlü Abbasov Orxan Rəhman oğlu təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun sol ayağında iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14