Abşeronda ər keçmiş arvadını bıçaqlayıb

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Əliyeva Gülgəz Qurban qızı keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qırtlağın kəsilmiş yarası diaqnozu qoyulub.

Digər xəbərlər