Abşeronda avtomobilin vurduğu gənc komaya düşüb

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən 1996-cı il təvəllüdlü Nəsirov Nazir İltifat oğlunu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona baş-beyinin ağır dərəcəli əzikləri və bədənin müxtəlif nahiyələrində çoxsaylı əziklər diaqnozları qoyulub. Yaralıda komatik vəziyyət müşahidə olunur.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26