Abşeronda avtomobildən 6 200 manat pul oğurlanıb

Abşeron rayonunda avtomobildə oğurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də rayon ərazisində bir avtomobildən 6 200 manat oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Aslanov saxlanılıb.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19