Abşeronda avtomobil yanıb - FOTO

Abşeron. 14 iyul. REPORT.AZ/ Abşeron rayonunda avtomobil yanıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, rayonun Saray qəsəbəsində vətəndaşa məxsus "VAZ 2106" markalı 10-OT-439 dövlət nömrə nişanlı avtomobil yanıb.

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05