Abşeronda avtomobil piyadanı vurdu

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə “Riyad” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Dadaşzadə Səid Fərrux oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin, sol budunun yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26