Abşeronda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

“Quşçuluq” yaşayış massivində avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Nuriyev Mahir Hilal oğlunu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması, sol gicgah nahiyəsi və çənə nahiyəsinin əziyi diaqnozları qoyulub.

Fakt araşdırılır.

İlqar Abdullayev

Digər xəbərlər

Zirədə söhbətgah yanıb 09 fevral, 2026 / 08:48