Abşeronda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Digah kəndində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Mehbalıyev Yaqub Əsgər oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54