Abşeronda avtomobil iki şagirdi vuraraq ağır xəsarət yetirib - FOTO

Abşeronda avtomobil iki şagirdi vurub.

“Report”un Sumqayıt - Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib

“Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında gedən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan iki qızı vurub. Nəticədə məktəblilər ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan biri – Fidan adlı şagird komaya düşüb.

Hadisənin başvermə anı yaxınlıqdakı müşahidə kamerasına düşüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47