Abşeronda avtomobil gənc qıza xəsarət yetirdi

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Avtomobil 1995-ci il təvəllüdlü Quliyeva Nərgiz Aləddin qızının ayağının üstündən keçib. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12