Abşeronda avtomobil 45 yaşlı kişini vurub

Abşeronda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Cəmilov Vüqar Əlisəfa oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldırın sınığı diaqnozu qoyulub.

Digər xəbərlər