Abşeronda avtomobil 20 yaşlı gənci vurdu

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü İbrahimov Teymur Kamran oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19