Abşeronda ana və körpəsi dəm qazından zəhərlənib

Abşeronda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanım Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47