Abşeronda ağır qəza nəticəsində ana ölüb, oğlu yaralanıb

Bakı. 31 mart. REPORT.AZ/ Abşeron rayonunun Təzəkənd kəndində Bakı şəhər sakini Tural İsgəndərovun idarə etdiyi “VAZ-2106” və Şəki rayon sakini İlqar Həmzətovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, T.İsgəndərovun sərnişini, anası Ətirə İsgəndərova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.

Digər xəbərlər