Abşeronda 84 yaşlı kişini avtomobil vurdu

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, rayon ərazisində yolu keçmək istəyən 1937-ci il təvəllüdlü, Mirzəbəyov Allahverdini avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüklərinin aşağı üçdə birinin yerdəyişmiş sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər