Abşeronda 8 yaşlı uşağı avtomobil vurdu

Abşeronda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Abuzadə Nurlan Rail oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif nahiyəsində əzilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45